Şahruddin debüt etdi, 2 dəqiqə sonra qol buraxdı

 23:25 24.09.2023     474

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin "Adana Demirspor" klubunda debüt edib.

Redaktor.az-ın məlumatına görə, 29 yaşlı qolkiper səfərdə "Kasımpaşa"ya qarşı keçirdikləri Superliqanın VI tur matçında meydana çıxıb.

19-cu dəqiqədə qapıçı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün Məhəmmədəliyevə ehtiyac duyulub. O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib. Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar.

Qeyd edək ki, qarşılaşma "Kasımpaşa"nın qələbəsi ilə bitib - 2:1.