"Qarabağ" - "Sumqayıt" oyununun yeri dəyişdirildi

 20:58 25.09.2023     467

“Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Redaktor.az PFL-in saytına istinadən xəbər verir ki, klub Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri ilə əlaqədar olaraq sözügedən stadionda keçirilməli olan Misli Premyer Liqasının 8-ci turunun “Qarabağ” – “Sumqayıt” görüşünün “Azersun Arena”da oynanılması xahişi ilə çıxış edib.

“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL  “Qarabağ” – “Sumqayıt”  oyunun “Azersun Arena”da  keçirilməsinə qərar verib. Görüşün günü, saatı ilə bağlı dəyişiklik yoxdur. Matç sentyabrın 29-u oynanılacaq və saat 20:00-da başlayacaq.