"Barselona" "Mançester Siti" ilə razılığa gəldi

 22:51 27.09.2023     298

"Barselona" "Mançester Siti"dən icarəyə götürdüyü Joau Kanselunu birdəfəlik almağa yaxındır.

Redaktor.az xəbər verir ki, bu barədə " El Chiringuito" məlumat yayıb. Bildirilib ki, Kataloniya təmsilçisi 29 yaşlı müdafiəçini 35 milyon avroya almaqla bağlı “Mançester Siti” ilə şifahi razılığa gəlib.Portuqaliyalı futbolçunun özü də "Barselona"da qalmaq niyyətindədir. 

Xatırladaq ki, Kanselu Kataloniya klubunda bir illik icarə əsasında çıxış edir. Futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.