“Real Madrid” qələbə qazanıb “Barselona”nı geridə qoydu
"Real Madrid” İspaniya La Liqasının VII turunu inamlı qələbə ilə başa vurub.
Redaktor.az xəbər verir ki, “kral klubu” öz meydanında “Las Palmas”a qalib gəlib - 2:0.
Hesabı 45+2-ci dəqiqədə Brahim Dias açıb. 54-cü dəqiqədə isə Xoselu oyunda son nöqtəni qoyub.
Xallarını 18-ə çatdıran “Real Madrid” 17 xalı olan “Barselona”ı geridə qoyaraq ikinci pilləyə yüksəlib. “Las Palmas” beş xalla 17-cidir.
Digər qarşılaşmada “Jirona” səfərdə “Vilyarreal”ı məğlub edib - 1:2. Bu qələbə ilə xallarını 19-a çatdıran “Jirona” liderliyi ələ keçirib.
Bilbao “Atletik”i ilə “Xetafe” arasındakı matçda isə qalib müəyyənləşməyib - 2:2. “Atletik” hazırda 14 xalla dördüncü sıradadır.