"Səbail" - "Sabah" oyununda qalib müəyyənləşmədi

 20:17 30.09.2023     298

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Redaktor.az-ın məlumatına görə, günün ikinci matçında "Səbail" "Sabah"ı qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

Qeyd edək ki, günün ilk görüşündə "Neftçi" səfərdə "Turan Tovuz"u minimal hesabla üstələyib - 1:0. Ötən gün açılış oyununda "Qarabağ" "Sumqayıt"ı beş cavabsız qolla məğlub edib. Tura oktyabrın 1-də "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.