“Liverpul” hakimin şübhəli qərarlar verdiyi matçdan məğlub ayrıldı

 23:10 30.09.2023     398

İngiltərə Premyer Liqasını 7-ci turunda “Tottenhem” “Liverpul”u qəbul edib.

Redaktor.az xəbər verir ki, turun mərkəzi qarşılaşması “Tottenhem Hotspur” stadionunda baş tutub.

Tərəflərin qarşılıqlı hücumları ilə başlayan matçın 24-cü dəqiqəsində “qırmızılar” azlıqda qalıblar: hakim Saymon Huper VAR-a baxdıqdan sonra Körtis Consun meydandan qovub. 9 dəqiqə sonra “Liverpul”un kolumbiyalı futbolçusu Luis Dias hesabı açmağa yaxın olub, lakin yan hakim şübhəli məqamda bayrağını havaya qaldıraraq ofsayd qeydə alıb. Baş hakim VAR-a baxdıqdan sonra növbəti dəfə şübhəli qərar verərək qolu qeydə almayıb.

36-cı dəqiqədə londonlular hesabda irəli çıxmağa bacarırlar: “Liverpul”un müdafiəsini yaran Meddison topu Rişarlisona ötürüb, o isə, öz növbəsində, topu cərimə meydançasındakı Son göndərib və koreyalının zərbəsindən sonra hesab açılıb. Birinci hissənin əlavə edilmiş 4-cü dəqiqəsində Mersisayd təmsilçisi azlıqda olmasına baxmayaraq, status-kvonu bərpa edib: Qakpo zədəli ayağı ilə topu tora qovuşdurub. 69-cu dəqiqədə “qırmızılar”ın sayı yenidən azalıb: Dioqo Jota ikinci sarı vərəqə alaraq oyundan kənarlaşdırılıb.

İkinci hissəyə əlavə edilmiş 6 dəqiqənin son saniyələrində “mahmızlar” 3 xalı “Liverpul”dan qopara biliblər: Matip avtoqola imza atıb.

Beləliklə, “Liverpul”un 9 nəfərlə oynadığı matç “Tottenhem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 7 oyundan sonra “Tottenhem”in - 17, “Liverpul”un isə aktivində 16 xal var. Komandalar müvafiq olaraq iki və dördüncü pillələrdə qərarlaşıblar. “Liverpul”un yenilməsi ilə “Mançester Siti” məğlubiyyətə baxmayaraq, zirvədəki yerini qoruya bilib.