Messi ardıcıl 4-cü matçda oynamayacaq

 12:13 01.10.2023     259

Argentinalı hücumçu Lionel Messi yenidən "İnter Mayami"nin heyətindən kənarda qalıb. 

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, o, "Nyu-York Siti"yə qarşı MLS matçını buraxacaq. Beləliklə, Messi “İnter Mayami”nin ardıcıl dördüncü matçını buraxacaq. 

Daha əvvəl futbolçunun əzələsindən zədə aldığı bildirilirdi. 

Messi bu ilin yayında "İnter Mayami"yə keçib. 36 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 12 matçda iştirak edib, 11 qol vurub və 5 qolun ötürməsini verib.