“Qəbələ” Gəncədə qələbə qazandı

 18:00 01.10.2023     312

Azərbaycan Premyer Liqasında VIII turun oyunları davam edir.

Redaktor.az-ın məlumatına görə, günün ilk görüşü Gəncədə keçirilib.

Yerli komanda “Kəpəz” doğma meydanında “Qəbələ”ni qəbul edib. Bu matç autsayder mövqeyindən uzaqlaşmaq baxımından hər iki komanda üçün vacib idi. Qarşılaşmanın ilk hissəsində qapılara yol tapmaq mümkün olmayıb. Fasilədən sonra vurulan yeganə qol görüşün taleyini həll edib. Bilel Auşeriya 52-ci dəqiqədə fərqlənərək, “Qəbələ”yə 1:0 hesablı səfər qələbəsi qazandırıb.

Bu qalibiyyət sayəsindən xallarının sayını 7-yə çatdıran “qırmızı-qaralar” sonuncu pillədən qurtulub. Əvəzində “Kəpəz” hesabındakı 5 xalla autsayder mövqeyinə düşüb.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Zirə” oyunu ilə yekun vurulacaq. Əvvəlki matçlarda “Qarabağ” “Sumqayıt”ı 5:0, “Neftçi” “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib, “Səbail”lə “Sabah” (2:2) bərabərə qalıblar.