Messi azərbaycanlı iş adamı ilə paylaşım etdi

 19:39 01.10.2023     348

Dünya futbolunun superulduzu, argentinalı Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə fotosunu yayıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə özünün instaqram hesabında paylaşım edib.

Futbolçu iş adamını evində qonaq edib. Görüşdə Messi və Əhmədzadənin xanımları da iştirak ediblər.

Xatırladaq ki, həmyerlimiz Messinin doğum günündə də iştirak etmişdi. A.Əhmədzadə futbolçuya Azərbaycan xalçası hədiyyə etmişdi.