Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə dördüncü yeri tutdular

 20:06 01.10.2023     301

Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Mersin şəhərində keçirilən “Bioderma Pro Beach Tour" açıq çempionatında dördüncü yeri tutublar.

Redaktor.az xəbər verir ki, Vadim Kutukov - Heydər Məmmədli cütlüyü 32 komanda arasında təşkil olunan beynəlxalq turnirdə bu uğura nail olub.

Vüqar Bayramov - Ülvi Rəcəbli tandemi yarışın 1/4 final, Fidan Əhmədxanova - Larisa Smeltsova cütlüyü isə 1/8 finalında mübarizəni dayandırıblar.

Azərbaycanın çimərlik voleybolçuları oktyabrın 3-də Türkiyənin digər şəhəri Balıkesirə yola düşəcəklər. Onlar orada CEV Klublararası Avropa Kubokunda (Beach Volley European Cup) qüvvələrini sınayacaqlar.