İdmançılarımız Parisdə keçirilən turnirdə qızıl medal qazandı

 23:16 01.10.2023     428

Azərbaycanın tamblinq üzrə milli komandası Parisdə keçirilən “Tumbling French Cup” turnirində qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Redaktor.az-a verilən məlumata görə, Tofiq Əliyev, Adil Hacızadə və Mixail Malkin komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərdi proqramda isə M.Malkin birinci, A.Hacızadə ikinci olub.

Vumart və Güvən reklamı Vumart Güvən