“Araz-Naxçıvan” “Zirə”ni məğlub etdi

 23:44 01.10.2023     328

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

Redaktor.az-ın məlumatına görə, son matç “Dalğa Arena”da keçirilib.

Lider “Zirə” bu mövsüm elitaya qayıdan “Araz-Naxçıvan”ın qonağı olub. Birinci hissədə qapılara yol tapmaq mümkün olmayıb. Qarşılaşmanın taleyini fasilədən sonra vurulan yeganə qol həll edib. Nuno Rodriges 78-ci dəqiqədə komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.

Bu nəticə ilə “Araz-Naxçıvan” xallarının sayını 13-ə yüksəldib. “Zirə” isə artıq “Qarabağ”la eyni xala (16) malikdir.

Turun əvvəlki oyunlarında “Qarabağ” “Sumqayıt”ı 5:0, “Neftçi” “Turan Tovuz”u, “Qəbələ” “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib, “Səbail”lə “Sabah” (2:2) bərabərə qalıblar.

Qeyd edək ki, Premyer Liqada IX turun oyunları 6-8 oktyabr aralığında keçiriləcək.