Benzemanın komandası Qasım Süleymaninin abidəsinə görə oyuna çıxmadı

 23:32 02.10.2023     627

Fansalı futbolçu Kerim Benzemanın çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə İranın “Sepahan” klubu arasında keçirilən AFC Çempionlar Liqası matçı siyasi qalmaqala görə ləğv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Sport24” nəşri məlumat yayıb.

Belə ki, “Əl-İttifaq” İranın hərbi lideri Qasım Süleymaninin abidəsinin stadiondan götürülməsini tələb edib. Əks halda Səudiyyə klubu meydana çıxmaqdan imtina edib. Uzun müddət gözlədikdən sonra klub stadionu tərk edib.

İndi “Əl-İttifaq”ı 0:3 hesablı texniki məğlubiyyət gözləyir. AFC Çempionlar Liqasının C qrupunda ilk turdan sonra “Əl İttifaq” üç, “Sepahan” birinci turdan sonra bir xal toplayıb.