Hakim dünya çempionatı zamanı Messinin davranışını TƏNQİD ETDİ
İspaniyalı futbol hakimi Mateu Lahoz Argentinanın kapitanı Lionel Messinin DÇ-2022 zamanı davranışını tənqid edib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.
“Əllərini qulağına tutaraq qeyd etməsindən sonra Hollandiya həyəcanlandı. Bu, təxribat idi. O, özünü çox pis apardı, bu, biabırçılıqdı”, - hakim bildirib.
Eyni zamanda o, matçdan sonra Messinin ona zəng etdiyini və davranışına görə üzr istədiyini vurğulayıb.
Argentina millisi Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Hollandiya ilə qarşılaşıb . Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Yusif EYVAZLI