Qurban Qurbanovdan Veşoviçin son durumu ilə bağlı açıqlama
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçusu Marko Veşoviçin son durumu haqda danışıb.
Redaktor.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Hekken"lə matç öncəsi keçirilən mətbuat konfransında bununla bağlı deyib: "Hələ ki, komandaya qoşulmayıb, fərdi məşqlərə başlayıb. Meydanlara qayıtması xeyli vaxt alacaq. Böyük ehtimalla, bir ay olmayacaq".
Qeyd edək ki, Marko iyulun 25-də, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Rakov"la görüşdən əvvəl Polşadakı “Miejski” arenasında keçirilən məşq zamanı budundan zədə almışdı. O, həmin vaxtdan etibarən yaşıl meydanlardan kənardadır.