"Çelsi"nin kapitanı cəzalandırıldı
"Çelsi"nin kapitanı Ris Ceyms hakimi təhqir etdiyi üçün cəzalandırılıb.
Redaktor.az Britaniya mətbuatına istinadən xəbər vereir ki, futbolçu Premyer Liqanın 6-cı turunun “Aston Villa” ilə görüşündə (0:1) rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinib. Ceymsin özü bud nahiyəsindən zədələndiyi üçün oyunda iştirak etməsə də, stadionda olub O, matçdan sonra tribunada hakim Jarred Gilletti söyüb.
FA Ceymsi 1 oyunluq cəzalandırıb və onu 90 min funt sterlinq cərimələyib. Futbolçu Premyer Liqanın 8-ci turunun oktyabrın 7-də "Bernli" ilə keçiriləcək oyunu buraxacaq.