Fernandez 2023/2024 mövsümünü BURAXACAQ

 21:27 05.10.2023     335

"Zenit"in braziliyalı müdafiəçisi Mario Fernandezin 2023/2024 mövsümünü buraxa biləcəyi məlum olub.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə jurnalist Fabio Aleixo öz Telegram kanalında məlumat verib.

Mənbənin sözlərinə görə, futbolçu dizindəki problemlərdən narahatdır. Fernandes böyük ehtimalla əməliyyata ehtiyac duymayacaq, lakin o, mövsümün sonuna qədər meydana çıxmaya bilər.

Qeyd edək ki, Fernandes iyulun 17-də "Zenit"ə keçib. Müqavilə bir il müddətinə nəzərdə tutulub və bir mövsüm uzadılması mümkündür. Müdafiəçi “mavi-ağ-göylər”in heyətində 8 oyun keçirib, heç bir qol vurmayıb.

Yusif EYVAZLI