Şenol Güneş istefa verdi

 13:35 06.10.2023     286

Türkiyənin “Beşiktaş” futbol klubunun baş məşqçisi Şenol Güneş istefa verib.

Redaktor.az xəbər verir ki, bu barədə TRT spor məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisinin öz meydanında Konfrans Liqası çərçivəsində “Luqano”ya (İsveçrə) 2:3 hesablı məğlubiyyətindən sonra klub rəsmilərinin toplantısı keçirilib.

Lakin toplantı ilə bağlı mətbuata hər hansı şərh verilməyib. Bu gün isə Ş.Güneş istefa verdiyini açıqlayıb.