FHN-in xanım əməkdaşı Avropa 3-cüsü oldu - VİDEO
Kəmər güləşi üzrə Avropa çempionatında Fövqalədə Hallar Nazirliyinin xanım əməkdaşı bürünc medal qazanıb.
Redaktor.az xəbər verir ki, 52 kq çəki dərəcəsində yarışan Mələkxanım Məmmədova Avropa üçüncüsü olub.
Qeyd edək ki, yarış oktyabrın 3-də Milli Gimnastika Arenasında keçirilib.