Nəhəng klubların maraq dairəsində olan futbolçu müqaviləsini yenilədi

 16:12 07.10.2023     303

İngiltərəninNyukaslklubu nəhəng komandaların maraq dairəsində olan futbolçusu Bruno Gimaraeşlə müqaviləni yeniləyib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi ilə uzunmüddətli sazişə qol çəkib.

Anlaşmaya əsasən, 25 yaşlı oyunçu 2028-ci ilin yayına kimi “sağsağanlar”a məxsus olacaq. Müqaviləyə 115 milyon avro təzminat məbləği bəndi əlavə olunub.

Qeyd edək ki, “Nyukasl” Bruno Gimaraeşi 2022-ci ilin yanvarında 42 milyon avroya Fransa klubu “Lion”dan alıb.