AFFA DÇ-2034 üçün dəstəklədiyi ölkəni açıqladı
AFFA Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək dünya çempionatını təşkil etmək təşəbbüsünü dəstəkləyib.
Redaktor.az xəbər verir ki, qurum rəsmi saytı vasitəsi ilə bəyana yayıb: Bəyanatda bildirilir:
"AFFA Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək dünya çempionatını təşkil etmək təşəbbüsünü dəstəkləyir. Səudiyyə Ərəbistanı son illərdə futbolda böyük uğurlar qazanıb, məşhur futbol ulduzlarının axın etdiyi yerli çempionat hazırda dünyada ən çox diqqət mərkəzində olan liqalardan biridir. Dost ölkə olan Səudiyyə Ərəbistanının beynəlxalq yarışları təşkil etmək baxımından böyük təcrübəsi var. Bu ölkənin milli komandası Qətərdə keçirilən son dünya çempionatında da azarkeşlərin rəğbətini qazanacaq oyun göstərdi. Əminik ki, Səudiyyə Ərəbistanı bu çətin, məsuliyyətli işin öhdəsindən uğurla gələcək".
Qeyd edək ki, indiyədək DÇ-2034-ü qəbul etmək üçün aşağıda adları qeyd edilən ölkələr namizədliyini irəli sürüb:
- Səudiyyə Ərəbistanı
- Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının ölkələri (10 ölkə),
- Çin
- Avstraliya/Yeni Zelandiya və/ və ya İndoneziya
- Özbəkistan/Qazaxıstan