"Real Madrid"in futbolçusu Ronaldunun göstəricisini üstələdi
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Cud Bellingem Kriştianu Ronaldunun göstəricisini üstələyib.
Redaktor.az-ın məlumatına görə, 20 yaşlı vinger buna "Osasuna"ya 4:0 hesabı ilə qalib gəldikləri La Liqanın IX tur oyununda dubl etməklə nail olub.
İngiltərəli oyunçu "kral klubu"nun heyətində meydana çıxdığı ilk 10 qarşılaşmada 10 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda Səudiyyə Ərəbistanında "Əl-Nəsr"in formasını geyinən Ronaldu 2009-cu ildə ilk 10 görüşdə 10 qol vurub və bir məhsuldar ötürmə vermişdi.
Qeyd edək ki, Cud Bellingem yayda Almaniyanın "Borussiya" (Dortmund) komandasından paytaxt təmsilçisinə keçib.