Keniyalı atlet marafon qaçışı üzrə dünya rekordunu yenilədi

 20:04 08.10.2023     366

İyirmi üç yaşlı keniyalı atlet marafon qaçışı üzrə dünya rekordunu yeniləyib.

Redaktor.az xəbər verir ki, idmançı Çikaqoda keçirilən yarışda 42 kilometr 195 metr məsafəni 2 saat 35 saniyəyə qət edib.

Bundan əvvəlki nailiyyət 2022-ci ilin sentyabrında Berlində keçirilən yarışda 2 saat 1 dəqiqə 9 saniyə nəticə göstərən Keniyanın digər nümayəndəsi, ikiqat Olimpiya çempionu Eliud Kipçogeyə məxsus idi.