Olimpiadaya yeni idman növləri daxil edilir
2028-ci il Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarış proqramına yeni beş idman növünün əlavə edilməsini təklif edib.
Redaktor.az xəbər verir ki, bunlara softbolla yanaşı bayraq futbolu, kriket, lakros, skvoş və beysbol daxildir.
“Təklif etdiyimiz idman növləri oyun meydançasında təxəyyül inkişaf etdirir və mədəniyyəti təbliğ edir. Onlar aktual, yenilikçi və icma yönümlüdürlər. Adları qeyd edilən idman növləri ABŞ-da və bütün dünyada həyətlərdə, məktəblərdə, icma mərkəzlərində, stadionlarda və parklarda oynanılır.
Bunlar Olimpiya Oyunlarına yeni idmançılar gətirəcək, müxtəlif azarkeş kütlələrini cəlb edəcək və Olimpiadanın rəqəmsal iştirakını genişləndirəcək Bu, 2028-ci il Olimpiadasında misli görünməmiş təcrübəni təqdim etmək missiyamızı daha da artıracaq”, - deyə Təşkilat Komitəsinin sədri Keysi Vasserman bildirib.
Yeni idman növlərinin daxil edilməsi ilə bağlı təkliflərə BOK-un İcraiyyə Komitəsi oktyabrın 15-dən 17-dək Mumbayda keçiriləcək sessiyada baxacaq.
Qeyd edək ki, 2028-ci il Yay Olimpiya Oyunları Los-Ancelesdə keçiriləcək.