Azərbaycan millisinin rəqibi itki ilə üzləşdi

 22:25 10.10.2023     246

İsveç millisi Moldovaya qarşı yoldaşlıq, Belçika ilə AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl itki ilə üzləşib.

Redaktor.az "The Athletic"ə istinadən xəbər verir ki, İngiltərənin “Nyukasl” klubundan heyətə cəlb edilən Aleksandr İsak bu matçlarda meydana çıxa bilməyəcək.

24 yaşlı hücumçu "Vest Hem"lə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın VIII turunun matçında zədələnib. Yığmanın düşərgəsində aparılan müayinələrdən sonra forvardın komandaya kömək edə bilməyəcəyi bəlli olub.

Qeyd edək ki, oktyabrın 12-də Moldova ilə üz-üzə gələcək İsveç bundan 4 gün sonra Belçikanın qonağı olacaq. İsveç Azərbaycan millisinin də yer aldığı F qrupunda mübarizə aparır.