"Messinin dönüşünü səbirsizliklə gözləyirik” - “Barselona”nın vitse-prezidenti
“Şərtlər uyğun olduğu anda Messini qaytarmaq istəyirik”.
Redaktor.az xəbər verir ki, bunu İspaniyanın “Barselona” klubunun vitse-prezidenti Eduard Romeu yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, argentinalı ulduz futbolçu yenidən Kataloniya klubunun formasını geyinməyə layiqdir: “Biz Messinin dönüşünü həyata keçirməyi səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, Lionel Messi yay fasiləsində ABŞ klubu “İnter Mayami” ilə 2025-ci ilin dekabrına qədər müqavilə bağlayıb (report).