Azərbaycan millisi növbəti dəfə Qazaxıstana uduzdu

 19:45 11.10.2023     316

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, A qrupunda yer alan yığma IV turda Qazaxıstanla üz-üzə gəlib.

Beş gün əvvəl Bakıda rəqibinə uduzan (2:4) Vitali Borisovun baş məşqçi olduğu komanda bu dəfə də məğlubiyyətlə üzləşib.

Astanadakı Jekpe-Jek Sarayında reallaşan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin heyətində Amedeu və Everton Kardoso fərqlənib.