Daha bir futbolçu Azərbaycana qarşı oynamaya bilər
Avstriya millisinin müdafiəçisi Gernot Trauner Avro-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycana qarşı keçiriləcək H qrupunun oyunlarını buraxa bilər.
Redaktor.az Avstriya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi dizindən zədə alıb və komandanın son məşqində iştirak edə bilməyib.
Xatırladaq ki, bundan əvvəl zədəli David Alaba, Stefan Poş və Marko Arnautoviç, Kərim Onisivo və Filipp Mvenenin qarşıdakı seçmə mərhələ oyunlarını buraxacağı dəqiqləşib.
Qeyd edək ki, Avstriya millisi oktyabrın 13-də Belçikanı qəbul edəcək, oktyabrın 16-ı Azərbaycan millisinin qonağı olacaq.