Qadın hakimlə əl sıxmaqdan imtina etdiyi üçün CƏZALANDIRILDI

 22:26 11.10.2023     318

İtaliyalı futbol hakimi Euan Luka Sakki qadın hakim Françeska Di Monte ilə əl sıxmaqdan imtina etdiyi üçün cəzalandırılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Football Italia məlumat yayıb.

İnsident İtaliya çempionatının “Leççe” və “Sassuolo” klubları arasında keçirilən oyunda baş verib. Tribuna otağında hakim protokolun tələb etdiyi kimi komanda kapitanları ilə əl sıxıb, lakin köməkçisinin uzadılmış əlindən yayınıb. Epizod televiziyada yayımlanıb və hakim tənqid dalğasına məruz qalıb.

Hakim 1 oyunluq cəzalanıb.

Yusif EYVAZLI