Millimiz məğlubiyyətlə başladı
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Redaktor.az xəbər verir ki, yığma ilk görüşünə səfərdə çıxıb.
Komanda Skopyedə Şimali Makedoniya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 40:17.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya, 2024-cü il fevralın 28-də isə Litva ilə qarşılaşacaq.