Millimizin baş məşqçisi bu suala əsəbiləşdi

 22:56 13.10.2023     394

Futbol üzrə milli komandamızın baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Estoniya üzərində 2:0 hesablı qələbədən sonra mətbuat konfransı keçirib. 

Redaktor.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə qələbə emosiyalarını bölüşüb. 

- Yaxşı oyun göstərdik. Erkən qol vurduq. Rəqib fiziki yaxşı hazır idi. Dəyişikliklərə gəlincə, 3 oyunçumuzda sarı vərəqə var idi. Təhlükəli idi. 

- Millimiz Avropa və dünya çempionatlarının seçmə mərhələsində 73 aydan sonra qələbə qazandı. Bunlardan yarıdan çoxu - 39 ayı sizin payınıza düşür. Statistika acıdı, ancaq şərhiniz maraqlıdı: bu tsikldə daha 1 qələbə qazanmaq potensialımız var?

- Ümid edirəm.

- Əvəzetmələr zamanı sanki Mahir və Rahil narazı idilər...

- Üç gündən sonra vacib oyunumuz var. 65-68 dəqiqə oynadılar. Bir daha qeyd edirəm ki, sarı vərəqələri var idi. Ola bilər qol vurmadıqları üçün narazı idilər.

- Qələbə gözəldir, amma millimiz çoxdandı belə zəif rəqiblə qarşılaşmırdı...

- (qəzəblənir). Siz sevinməyi bacarmırsınız. Sual çətin deyil, sadəcə, sual verə bilmirsiniz...