Matçlar bir dəqiqəlik sükutla başlayacaq

 17:50 14.10.2023     422

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları İsrail və Fələstində hərbi əməliyyatlar zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb .

İngiltərədə növbəti - 9-cu turun oyunları oktyabrın 21-dən 23-dək keçiriləcək.

Futbolçular və komanda məşqçiləri, eləcə də rəsmi şəxslər matçlara qara sarğılarla gedəcəklər. Həmçinin Premyer Liqa özü silahlı münaqişə qurbanlarının ehtiyacları üçün Qırmızı Xaç Komitəsinə ianə edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən