"Mançester Yunayted"ə Kasemirodan pis xəbər

 21:02 14.10.2023     308

"Mançester Yunayted"in futbolçusu Kasemiro Braziliya millisinin heyətində zədələnib.

Redaktor.az "Sky Sports"a istinadən xəbrə verir ki, bu, DÇ-2026-ın seçmə mərhələsində Venesuelaya qarşı matçda baş verib.

eydana start heyətində daxil olan yarımmüdafiəçi 79-cu dəqiqədə əvəzlənib. Baş məşqçi Fernando Diniz bildirib ki, Kasemironun topuğunda problemlər var.

Klub 31 yaşlı futbolçunun səhhəti ilə bağlı əlavə məlumat gözləyir.

Bu mövsüm Kasemiro Premyer Liqada 8 matçda iştirak edib və 1 qol vurub.