Gəncəli idmançı beynəlxalq yarışda birinci yerə layiq görüldü

 17:36 15.10.2023     640

Oktyabrın 13-15-də İspaniyanın Madrid şəhərində pouerliftinq idman növü üzrə WRPF Spain Arnold Klassik Avropa Çempionatı keçirilib. Yarışda ölkəmizi Gəncənin yetirməsi, pouerliftinq üzrə idman ustası Ağalarov Vüsal Zahid oğlu təmsil edib.

Redaktor.az xəbər verir ki, 110 kq çəkidə yarışlarda iştirak edən Vüsal Ağalarov pauerliftinq idman növünün “Squat” hərəkətində 335 kq, “Benchpress” hərəkətində 205 kq və “Deadlift” hərəkətində 310 kq qaldıraraq birinci yerə layiq görülüb. Həmçinin idmançımız “Powerlifting Knee Wraps” divizionunun mütləq qalibi olaraq kubokla təltif olunub.

Qeyd edək ki, Vüsal Ağalarov 3 qat Avropa, 1 qat Dünya, 14 qat Azərbaycan çempionudur.