Fələstin millisinin oyunları bu ölkədə keçiriləcək
Fələstin millisi ev oyunlarını Əlcəzairdə keçirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb.
Məlumatda bildirilib: “Fələstin Futbol Federasiyasının prezidenti cənab Cibril Racoubun xahişi ilə FAF 2026-cı il dünya çempionatı və 2027-ci il Asiya Kubokunun seçmə oyunlarına hazırlıq çərçivəsində bütün rəsmi və qeyri-rəsmi oyunların Əlcəzairdə keçirilməsinə qərar verilib".
Əlcəzair həmçinin oyunların keçirilməsi ilə bağlı bütün xərcləri qarşılayacaq.
İlk görüş noyabrın 21-də baş tutacaq və burada fələstinlilər dünya çempionatının seçmə mərhələsində Avstraliya ilə qarşılaşacaqlar. Matça ev sahibliyi etmək üçün seçilən şəhər hələ açıqlanmayıb.
Qeyd edək ki, İsrail-Fələstin münaqişəsi ilə bağlı hadisələrdən sonra bu ərazilərdə idman tədbirlərinin keçirilməsi dayandırılıb. İsrail təmsilçilərinin oyuları təxirə salınsa da, Fələstin Əlcəzairdən dəstək ala bilib.