Komandamız 7 ölkə arasında üçüncü oldu

Azərbaycan Yelkən Federasiyasının Optimist sinifi üzrə qatılan idmançılardan Davud Babazadə və Nərgiz Məmmədova yarışlarda uğurlu nəticə göstərdiyi üçün komanda üçüncü yerə layiq görülüb.
Redaktor.az xəbər verir ki, Azərbaycan Yelkən Federasiyasını Optimist sinifi komandası üzvləri Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə, Furkan Mustafayev və məşqçi Yasin Çakır təmsil edib.
Yarışlarda uğur qazanan komandamızı təbrik edir, Azərbaycan bayrağını hər zaman zirvələrdə dalğalandırmaları arzu edirik.