Messi 8-ci dəfə “Qızıl top”u qazanacaq

 14:07 17.10.2023     269

Argentina millisinin futbolçusu Lionel Messi 8-ci dəfə “Qızıl top”u qazanacaq.

Redaktor.az xəbər verir ki, bu iddia ilə “Diario Sport” nəşri çıxış edib.

ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən 36 yaşlı hücumçu bu barədə məlumatlandırılıb. Səsvermə zamanı Argentina millisinin DÇ-2022-nin qalibi olması da nəzərə alınıb. Çünki ötən il “Qızıl top” dünya çempionatından əvvəl təqdim olunub.

Qeyd edək ki, Lionel Messi karyerası ərzində 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub (report).