“Yuventus”un oyunçusu futboldan kənarlaşdırıldı
“Yuventus”un futbolçusu Nikolo Faqioli mərc oynadığı üçün 7 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Sky Sport” xəbər verir.
Turin prokurorluğu artıq Faqiolinin 2024-cü ilin may ayına qədər futboldan uzaqlaşdırılmasını təsdiqləyib.
Xatırladaq ki, əvvəllər KİV-də yayılan məlumatda istintaqın Faqiolinin qanunsuz mərc oyunlarında iştirakını təsdiqləyəcəyi halda onun 3 il və ya daha çox müddətə diskvalifikasiya şəklində sanksiyalarla üzləşəcəyi, 25 min avro cərimə olunacağı bildirilirdi. Lakin sonradan 22 yaşlı oyunçu qumara görə ciddi cəzadan yayınmaq üçün məhkəməyə müraciət etdiyi haqda məlumat yayılıb.