Baş məşqçisiz DÇ-2026-nın seçmə mərhələsinə vəsiqə qazandılar

 23:58 17.10.2023     304

Əfqanıstan millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda görüşdə səfərdə Monqolustanla qarşılaşıb.

Redaktor.az xəbər verir ki, Əfqanıstan rəqibini məğlub edib - 1:0. Yeganə qolu 71-ci dəqiqədə Fərşad Nor vurub.

Əfqanıstan yığması matçda baş məşqçisi Anuş Dəstgirsiz çıxıb. Oyundan əvvəl o, millinin futbolçuları ilə mübahisə edib və oyunlar üçün ərizə doldurmaqdan imtina edərək komandasına texniki məğlubiyyət verilməsini təklif edib. Futbolçular ərizəni özləri dolduraraq matça çıxıblar.

Artıq Əfqanıstan millisi 2026-cı il dünya çempionatının qrup seçmə turnirində çıxış edəcək.