Neymar 9 ay futbol oynaya bilməyəcək - SƏBƏB

 14:27 19.10.2023     264

Braziliya futbol yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının hücumçusu Neymar uzun müddət futbol oynaya bilməyəcək.

Redaktor.az xəbər verir ki, DÇ-2026-ya vəsiqə qazanmaq uğrunda seçmə mərhələdə Uruqvay millisi ilə qarşılaşmada ağır zədələnən hücumçu əməliyyat olunacaq.

Neymarın ayağında ön çarpaz bağı və meniskdə yırtıq əmələ gəlib.

Onun 6-9 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.