Ronaldonun oğlu da "Əl-Nəsr"də çıxış edəcək

 22:18 19.10.2023     253

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun oğlu Junior Ronaldo da atasının klubunda çıxış edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Ar-Riyadiyah məlumat yayıb. Junior "Əl-Nəsr" U13 və U15 komandalarına daxil edilib. O, atası kimi 7 nömrəli formanı geyinəcək.

13 yaşlı futbolçunun oktyabrın 20-də “Əl Nəsr” U-13 komandasında ilk matçına çıxacağı gözlənilir.