Messi illik maaşını AÇIQLADI

 10:10 20.10.2023     264

Major League Soccer (MLS) argentinalı hücumçu İnter Mayami Lionel Messinin rəsmi maaşını açıqlayıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə liqanın oyunçular birliyi məlumat yayıb.

Bildirilib ki, argentinalının klubla müqaviləsinin illik 20,4 milyon dollar olacağına zəmanət verilir. Məbləğə oyunçunun əsas əmək haqqı, həmçinin bütün imza haqları və bonuslar daxildir. Qeyd olunur ki, bu rəqəmlər liqa üçün rekorddur.

Qeyd edək ki, 36 yaşlı futbolçu iyulun 15-də "İnter Mayami"nin heyətinə qoşulub. Onun klubla müqaviləsi 2024-2025 mövsümünün sonuna kimidir.

Humay İSGƏNDƏRLİ