Mahir Emreli zədələndi

 15:19 20.10.2023     255

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli zədələnib.

Redaktor.az “24sata.hr” saytına istinadən xəbər verir ki, bunu Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç açıqlayıb.

O bildirib ki, 26 yaşlı hücumçu ötən gün məşqdə top uğrunda mübarizə zamanı baldırında ağrı hiss edib. Ancaq o, vəziyyətin ciddi olmadığını söyləyib: “Bu, əsasən fiziki yorğunluqla əlaqədardır. Fikrimcə, Emrelinin durumu yaxşı olacaq”.

Qeyd edək ki, “Dinamo” Xorvatiya çempionatının XII turunda oktyabrın 21-də “Qoritsa”nın qonağı olacaq.