Dünyanın ən bahalı qapıçıları onlardır
Dünyanın ən bahalı qapıçılarının adı açıqlanıb.
Redaktor.az xəbər verir ki, reytinq “Transfermarkt” portalı tərəfindən tərtib edilib.
Belə ki, “Portu”nun qapıçısı Dioqo Kosta, PSJ-nin qapıçısı Canluici Donnaruma, həmçinin “Milan”ın və “Real”ın qapıçıları Mik Maynyan və Tibo Kurtua öz mövqeyində dünyanın ən bahalı futbolçuları seçilib.
Hər qapıçının qiyməti 45 milyon avro qiymətləndirilir. Onlardan ən gənci 24 yaşlı Kostadır. Ən yaşlısı 31 yaşlı Kurtuadır.
Ən bahalı qapıçıların ilk beşliyini “Mançester Siti” və Braziliya millisinin qapıçısı Ederson tamamlayır. Onun dəyəri 40 milyon avro qiymətləndirilir.