“Qarabağ” klubu bəzi oyunlarını Xankəndidə keçirəcək
"Qarabağ" klubu bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndidə keçirəcək.
Redaktor.az xəbər verir ki, məlumatı "Sportinfo.az" yayıb.
Verilən informasiyaya görə, Ağdam klubu dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırıb.
Klub bəzi ev matçılarının Xankəndidə təşkili ilə əlaqəli tədbirlər planı hazırlayacaq və onu müvafiq instansiyalara təqdim edəcək.
"Qarabağ" rəhbərliyi dünəndən Xankəndidədir. Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb.
Onlar Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.
Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbi qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib.
Məlumata görə, Ağdam təmsilçisinin nümayəndələrinin hələ 1 gün də orada qalması planlaşdırılır.