ABŞ Qran-Prisinin qalibi müəyyənləşdi
“Formula-1” üzrə ABŞ Qran-Prisində sıralama turunun qalibi bəlli olub.
Redaktor.az xəbər verir ki, Texas ştatının Ostin şəhərindəki “Trass Amerik” avtodromunda keçirilən yarışda “Ferrari” pilotu Şarl Lekler finişə hamıdan tez çatıb.
İkinci yeri “Maklaren”in britaniyalı pilotu Lando Norris tutub. Üçüncü yerdə isə onun “Mercedes”dəki həmyerlisi Lüis Hemilton qərarlaşıb. “Red Bull”un şərəfini qoruyan Maks Ferstappen finişə altıncı çatıb.
Ostində keçirilən mərhələdə mövsümün beşinci sprint yarışı olacaq. Bunun üçün sıralama turu bu gün baş tutacaq. Oktyabrın 22-də isə sprint və əsas yarış keçiriləcək.