"Araz-Naxçıvan" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq

 11:07 22.10.2023     290

"Araz-Naxçıvan" komandası "Qəbələ"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının X tur oyununa itkilərlə çıxacaq.

Naxçıvan təmsilçisindən Redaktor.az-a verilən məlumata görə, İsmail Azzaui zədə səbəbindən meydana çıxa bilməyəcək.

Vanderson isə cəzalı olduğu üçün qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, "Qəbələ" - "Araz-Naxçıvan" görüşü bu gün saat 16:30-da start götürəcək.