Minifutbol komandamız Avropa çempionu oldu

 13:14 22.10.2023     323

Azərbaycan komandası minifutbol üzrə Avropa çempionu olub.

Redaktor.az xəbər verir ki, Antalyada keçirilən Avropa Minifutbol Federasiyasının “Euro Business Cup” şirkətlər turnirində Azərbaycanı təmsil edən “Azərsun” şirkətinin komandası finalda Rumıniyanın “Dedeman Oradea” kollektivinə 4:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub.