Dünyanın ən bahalı yarımmüdafiəçiləri bəlli oldu – SİYAHI
“Transfermarkt” portalı özünün “Telegram” dünyanın ən bahalı yarımmüdafiəçilərinin reytinqini dərc edib.
Redaktor.az xəbər verir ki, birinci yeri “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqhem, ikinci yeri isə “Bavariya”nın futbolçusu Camal Musiala tutub. İlk üçlüyü “Barselona”dan Pedri qapayıb.
Reytinqin tam versiyası aşağıdakı kimidir:
Jud Bellinqem (“Real Madrid”, 150 milyon avro);
Camal Musiala (“Bavariya”, 110 milyon avro);
Pedri (“Barselona”, 100 milyon avro);
Deklan Rays (“Arsenal”, 100 milyon avro);
Federiko Valverde (“Real Madrid”, 100 milyon avro);
Rodriqo Ernandes (“Mançester Siti”, 100 milyon avro);
Qavi (“Barselona”, 90 milyon avro);
Eduardu Kamavinqa (Real Madrid, 90 milyon avro);
Moyses Kaysedo (“Çelsi”, 90 milyon avro);
Orelyen Tçuameni (“Real Madrid”, 90 milyon avro).