"Bavariya"nın daha bir futbolçusu "Qalatasaray"la oyunu buraxacaq
"Bavariya"nın daha bir futbolçusu sıradan çıxıb.
Redaktor.az xəbər verir ki, əl barmağı qırılan Leon Qoretska bu gün əməliyyat olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun qarşıdakı oyunları buraxacağı bildirilib. Bu isə o deməkdir ki, almaniyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsində oktyabrın 24-də "Qalatasaray"la keçiriləcək ilk oyunu buraxacaq.
Qeyd edək ki, Serji Qnabri, Dayo Upamenako, Rafael Qerroyro və Nussair Mazrui də zədə səbəbindən "Qalaasaray"la oyunda iştirak etməyəcək.